UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Sumqayıt" - "Fehervar" (Macarıstan) oyununa bilet satışı davam edir.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, indiyə qədər azarkeşlər tərəfindən 2800 bilet alınıb.

Qarşılaşma iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Biletləri "İtcket.az" saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, 20 iyuldan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək olar.