Azərbaycan yığmasının üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Konfrans Liqasının qrup mərhələsində 5-ci tur oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, Zaqreb təmsilçisi səfərdə Qazaxıstan "Astana"sının qonağı olacaq. "Astana Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Görüşün start heyətləri açıqlanıb. Mahir ehtiyat oyunçular sıradında yer alıb.

C qrupunun digər oyununda "Balkani" evdə "Viktoriya" ilə qarşılaşacaq.