Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi Niderlandın "Tvente" klubu olacaq.

Offsideplus.az xəbər verir ki, Azarkeşlər üçün qarşılaşma öncəsi Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında "Azərsun Holdinq"in təşkilatçılığı ilə xüsusi fan zona fəaliyyət göstərəcək. 27 avqust saat 18:00-dan etibarən başlayacaq proqram çərçivəsində futbolsevərləri müxtəlif əyləncəli oyunlar, DJ çıxışı və maraqlı fəaliyyətlər gözləyir.

Xatırladaq ki, qarşılaşma 20:00-da başlayacaq.