“Qarabağ” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”sunu 2:0 hesabı ilə məğlub edərək (ümumi hesab 2:1) pley-offa yüksəlib.

Offsideplus.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Futbolçularımı təbrik edirəm. Gərgin matç keçdi. Qarşımızda məğlub olmaq istəməyən komanda var idi. Vacib qələbə qazandıq. Azarkeşləri təbrik edirəm. Çempionlar Liqası ab-havası bu gün də var idi. Rəqibə də uğurlar arzu edirəm. Bizim üçün belə komandaya qarşı oynamaq və qalib gəlmək çox xoş oldu. Biz də uşaq vaxtı “Dinamo”ya azarkeşlik etdik”.

İlk oyunla fərq haqda: “Çox fərq var idi. Daha yaxşı alınırdı. Topla daha düzgün oynayırdıq. İsti hava şəraitində 90 dəqiqəlik tempi saxlamaq asan deyil. Dəyişiklik mən tərəfdən var idi”.

Koxalskinin ehtiyatda olması barədə:

“Oyunu məni qane edir. Heç yerə getmir. Bəzən istirahət vacib olur. Martin də yaxşı idi”.

Komandanın çıxışı barədə:

“Qalibiyyətdən daha razı qalırsan. İlk iki oyunda da yaxşı alınırdı. Daha xarakterli, döyüşkən oyun Sofiyada idi. Hər oyunun öz dəyəri, keyfiyyəti var. Bu gün də tam razı deyiləm. Yaxşılığa doğru gedirik”.

Yeni qərarlarla bağlı:

“Bəzən belə hallarda inanmıram ki, fərq olur. Normal haldır. Autda, qapıçı atışında bu qaydaların olmasında problem yoxdur”.