Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilib.

1/8 finalda üz-üz gələcək cütlüklər aşağıdakılardır:

UEFA Konfrans Liqası

1/8 final cütlükləri

"Lex" (Polşa) - "Şaxtyor" (Ukrayna)

"Kristal Pelas" (İngiltərə) - AEK (Larnaka, Kipr)

"Samsunspor" (Türkiyə) - "Rayo Valyekano" (İspaniya)

"Siqma" (Çexiya) - "Maynts" (Almaniya)

"AZ Alkmar" (Niderland) - "Sparta" (Çexiya)

"Fiorentina" (İtaliya) - "Rakuv" (Polşa)

"Sele" (Sloveniya) - AEK (Yunanıstan)

"Riyeka" (Xorvatiya) - "Strasburq" (Fransa)

Qeyd edək ki, bu mərhələnin oyunları martın 12-si və 19-da keçiriləcək.