Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Offsideplus.az xəbər verir ki, bu turnirdə 36 komandadan 24-ü növbəti mərhələyə yüksəlib.
Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala yüksəlib.
Geri qalan 16-sı isə pley-offda mübarizə aparacaq.
Onlardan 8-i səpələnmiş, 8-i səpələnməmişdir.
Səpələnmişlər: "Alkmaar" (Niderland), "Selye" (Sloveniya), "Kristal Palas" (İngiltərə), "Fiorentina" (İtaliya), Lausanne-Sport (SUI), "Lex"(Polşa), "Riyeka" (Xorvatiya), "Samsunspor" (Türkiyə) (9-16-cı yeri tutanlar)
Səpələnməmişlər: "Drita" (Kosova), "Yagelloniya" (Polşa), KuPS (Finlandiya), "Noa" (Ermənistan), "Omoniya" (Kipr), "Şkendiya" (Makedoniya), "Siqma" (Çexiya), "Jrinski" (Βosniya və Herseqovina) (17-24-ci yeri tutanlar)
Pley-off mərhələsinin qarşılaşmaları 19 və 26 fevral tarixlərində baş tutacaq.



