Konfrans Liqasının III Təsnifat mərhələsində "Sabah" səfərdə "Sent-Patriks Atletik" komandası ilə qarşılaşdı.

Offsideplus.az xəbər verir ki, görüş irlandiyalıların 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Oyunda "Offside"a düşən maraqlı məqamları diqqətinizə çatdırırıq:

*"Talla" stadionunda 20 nəfərə yaxın azərbaycanlı azarkeş "Sabah"a dəstək olmağa gəlmişdi.

*"Sabah"ın vingeri Kahim Parris bu oyunda yeni nömrə altında çıxış edirdi. Yamaykalı "28" nömrəni, "11"ə dəyişib.

*Görüşü "Qalatasaray", "Beşiktaş", "Fənərbağça" formalı azarkeşlər də izləyirdi.

*52-ci dəqiqədə 2-ci sarı vərəqə alıb qovulan İvan Lepinitsa meydanı tərk edərkən 4-cü hakimə də etirazlarını bildirərək çıxdı.