Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Offsideplus.az AFFA-ya istinadən xəbər verir ki, O, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 15-də keçiriləcək “Şerif” (Moldova) - “Olimpiya” (Sloveniya) görüşünün hakim-inspektoru olacaq.

İtaliyalı baş hakim Mauritsio Marianinin idarə edəcəyi qarşılaşma Tiraspol şəhərində yerləşən “Şerif Arena”da baş tutacaq.