Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” - “Makkabi” qarşılaşmasına satılan bilet sayı məlum olub.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüşə 4500 bilet satılıb.

Matç iyulun 1-də “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda "Sabah" rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.