Bu gün Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah" "Makkabi"nin (Hayfa) qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisinin üzvü Boyan Letiç oyunla bağlı İsrail mətbuatına açıqlama verib:
"Çox çətin rəqiblə düşdük. Bizim üçün asan olmayacaq desəm, buna heç kim təəccüblənməyəcək. "Makkabi" ötən mövsüm bu turnirdə 1/8 finala qədər irəliləyib. Bundan sonra nəsə deməyə ehtiyac yoxdur. Düzdür, rəqib ev oyunlarını neytral meydanda keçirir. Lakin bunun komandanın oyununa təsir etdiyinə inanmıram. Bizim üçün müsbət məqam deyil. Pessimist düşünmürəm. Lakin reallığı dərk edirəm. Bizi çox çətin 2 oyun gözləyir. Ümid edirəm ki, mərhələni keçən tərəf olacağıq"