"Zirə" sabah Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Qəsəbə təmsilçisinin rəqibi Slovakiyanın “DAC 1904” (“Dunayska Streda”) komandası olacaq. Avropa Liqasında "Şerif"lə oyunda penaltilər seriyasında məğlub olan Rəşad Sadıqovun kollektivinin son ümid yeri bu turnirdi. Azərbaycan yığmasının sabiq üzvü Elvin Məmmədov Offsideplus.az-a açıqlamasında Moldova təmsilçisi ilə oyundakı məğlubiyyətin komandaya müəyyən qədər təsirinin olacağını dedi:
"Öncəliklə "Zirə"yə uğurlar arzu edirəm. Rəqib haqda məlumatım yoxdur. İnanıram ki, turu keçən tərəf biz olacağıq. Rəşad müəllimin belə vəziyyətlərdən qalib ayrılması üçün yenətincə təcrübəsi və liderlik xüsusiyyəti var. Düşünürəm ki, "Şerif"lə oyundakı məğlubiyyət "Zirə"yə təsir edə bilər. Amma inanıram ki, oyunun gedişində futbolçular öz oyunların nümayiş etdirə biləcəklər".
“Liv Bonadea Arena”da baş tutacaq görüşə saat 20:30-da start veriləcək.