Avstriyanın “Rapid” klubunun baş məşqçisi Ferdinand Feldhofer Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunundan əvvəl mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, o, sabahkı matçla bağlı bunları deyib:
“Evdə oynayırıq. Bu, bizə ruh verir. Maraqlı qarşılaşma olacaq. Rəqibin oyunçuları fərdi olaraq güclüdürlər. Amma biz doğma azarkeşlər önündə qalib gəlmək istəyirik. Bunun üçün böyük güc sərf etməliyik. Pressinq tətbiq edib, qol şansları yaratmalıyıq. Bakıda bəzi qol şanslarını boşa vermişik. Evdə bunu təkrarlamamalıyıq”.
Feldhofer görüş ərzində hücuma üstünlük verəcəklərini bildirib: “Müxtəlif imkanları və standart vəziyyətləri dəyərləndirməyə çalışacağıq. Qeyri-adi vəziyyət olsa, buna uyğun da oyun quracağıq”.
Xatırladaq ki, sabah baş tutacaq “Rapid” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.