UEFA Konfrans Liqasında “Qarabağ”ın ilk qrup oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.
Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun bərbad duruma düşməsi səbəbindən “Bazel”lə (İsveçrə) matçın yeri dəyişdirilib.
Bu gün UEFA nümayəndəsinin təftişindən sonra matçın BOS-da keçirilməsinə qərar verilib. Rəsmi qərar tezliklə açıqlanacaq.
Mənbə: Futbolinfo.az