“Arsenal” klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Qabriel Martinelli zədələnib. Bu barədə “Arsenal”ın baş məşqçisi Mikel Arteta məlumat verib.

Arteta məşqdə zədələnən braziliyalı hücumçunun ən azı bir neçə ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Martinellinin son durumu tibbi müayinədən sonra bilinəcək.