Bu gün futbol üzrə Azərbaycan çempionatının II liqasında qış fasiləsi başa çatıb.

Offsideplus.az xəbər verir ki, XIV tura 2 oyunla start verilib. 

Çempionluğa iddialı "Şəfa" öz meydançasında çempionatın ortabablarından sayılan "Dinamo"nu böyük hesabla məğlub edib - 3:0. Bu qələbə syəsində xalını 37-yə çatdıran Bakı təmsilçisi lider "Şahdağ Qusar"dan 2 xal geri qalır.

Digər oyunda azarkeşlər daha çox qol görüblər. "Qusar" autsayder "Füzuli"ni 5:2 hesabı ilə üstələyib.

Turun qalan matçları 28 fevral və 1 martda keçiriləcək.