"Bir Ağdaşlı kimi mən də Ağdaşda komanda olmasını istəyərəm".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Nurlan İbrahimov "Ağdaş"ın II Liqadan çəkilmə ehtimalına münasibət bildirərkən söylədi.
"Qarabağ"ın sabiq mətbuat katibi klubu Rəhman Əliyevin ayaqda tutduğunu qeyd etdi və onsuz "Ağdaş"a çətin olacağını vurğuladı:
"Çox təəssüf ki, Rəhman olmadan klubun yaşaması real görsənmir. Mən də Rəhmanın xidmətlərinin qalmasını istərdim. O, çox böyük fədakarlıqlar edərək komandanı ayaqda saxlayırdı. Orada yerli, işi bilən, oranın şərtlərinə bələd olan adam yoxdur ki, ona dəstək olum".