"Stadion 2025-ci ilə hazır olacaq".
Bu sözləri Offsideplus.az-a açıqlamasında II Liqada mübarizə aparan "Lerik"in idarə heyətinin sədri Famil Məmmədov bildirdi.
Cənub təmsilçisinin rəsmisi komandadakı maddi problemlərdən söz açdı:
"Stadionun tikintisi hazırda dayanıb. Tam hazır olması 2025-ci ilə nəzərdə tutulub. Klubun maddi vəziyyətilə bağlı çətinliklər davam edir. Müxtəlif vasitələrlə maliyyə əldə etməyə çalışırıq. Hələlik ciddi irəliləyiş yoxdur. Problemi aradan qaldırmağa çalışırıq".