"Baku Sportinq" heyətini daha bir futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, komanda Hüseyn Mürsəlovu transfer edib.

Onunla bir illik müqavilə imzalanıb.

Müdafiəçinin son klubu "Qəbələ" olub. O. bölgə təmsilçisinin heyətində ötən mövsüm 2 matçda meydana çıxıb.

"Baku Sportinq" daha əvvəl Orxan Fərəcovu, Asim Əlizadəni, Azad Rəcəbovu transfer edib.

Xatırladaq ki, adıçəkilən komanda ötən mövsüm II Liqada çempion olaraq I Liqaya vəsiqə qazanıb.