Şahmat üzrə Azərbaycan çempionatında I Dəstənin mükafat fondu məlum olub.

Bu barədə Offsideplus.az saytına Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Bildirilib ki, kişilərin yarışında mükafat fondu 7000, qadınlarda isə 3000 manatdır. Kişilərdə 40, qadınların mübarizəsində isə 20 nəfər iştirak edəcək.

Qeyd edək ki, yarışın püşkatma mərasimi sabah baş tutacaq. Azərbaycan I Dəstəsi yanvarın 6-14-ü aralığında keçiriləcək.