Məşhur boksçu Tayson Fyuri karyerasını davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, dünya çempionu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Britaniyalı idmançı 2026-cı ildə rinqə qayıtmağa hazırlaşır.
O, 37 yaşı olmasına baxmayaraq, formada olduğunu bildirib.
Qeyd edək ki, T. Fyuri bu ilin yanvarında karyerasını bitirdiyini açıqlamışdı.



