FIDE 2026-cı ilin ilk reytinq cədvəlini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı şahmatçılardan ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.
O, 2730 xalla 19-cu yerdədir.
Teymur Rəcəbov (2692) 35-ci, Rauf Məmmədov (2645) 76-cıdır.
Aydın Süleymanlı isə ilk 100-dən kənar qalıb. O, 2628 xalla 101-ci yerdə qərarlaşıb.
Siyahıya Maqnus Karlsen (2840) başçılıq edir.
Azərbaycanlı qadın şahmatçılarından Ülviyyə Fətəliyeva (2434) 27-ci, Günay Məmmədzadə (2390) 53-cü, Gövhər Beydullayeva (2364) 77-ci, Xanım Balacayeva isə (2351) 90-cı yerdədir.
Burada isə çinli Hou İfan (2613) liderdir.



