Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatının yarımfinal mərhələsində Qazaxıstan komandası ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, yığmaların keçirdiyi hər iki görüş 2:2 hesabı ilə yekunlaşıb.

Nəticədə qalıb bəlli olmadığı üçün sabah taybreykdə finala yüksələn tərəf bəlli olacaq.

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatına noyabrın 23-də yekun vurulacaq.