Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatı başa çatıb.
Offsideplus.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət Azərbaycan yığması turniri gümüş medalla başa vurub.
Onlar son turda Serbiyaya məğlub olaraq ikinciliklə kifayətlənməli olub. Komandamız turniri 13 xalla başa vurub.
Ukrayna qızıl, Serbiya bürünc medala sahib çıxıb.
Qadınlardan ibarət yığmamız isə sonuncu görüşdə Polşaya yenilib - 1.5:2.5.
Xanımlarımız turniri mükafatsız başa vurub.



