Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli) 2-ci yerə yüksəlib.
Təmsilçilərimiz VII tura Macarıstanı məğlub edərək bunu bacarıblar.
Yığmamız turnirdə məğlubiyyətsiz irəliləyir. Onlar Slovakiya, Polşa və Ermənistanı məğlub edib. Çexiya, Yunanıstan və Niderland ilə isə heç-heçə oynayıblar.
Qadınlar ibarət milli komandamız isə (Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva) Gürcüstana uduzub - 1.5:2.5
Onlar 7 turdan sonra 8 xalla 10-cu yerdədilər.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnirə oktyabrın 14-də yekun vurulacaq.



