Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatında V turun görüşləri keçirilib.

Offsideplus.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilərdən ibarət yığma Yunanıstanla heç-heçə edib.

Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib. Hesabında 7 xalı olan Azərbaycan millisi 5-7-ci yerləri bölüşür.

Qadınlardan ibarət yığma da bu turda Yunanıstanla qarşılaşıb. Görüş bərabərliklə yekunlaşıb - 2:2. Hazırda 6 xalı olan komanda əlavə göstəricilərə görə 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Bu gün Avropa çempionatında VI turun partiyaları oynanılacaq. Püşkə əsasən, hər iki komandamız Ermənistan şahmatçıları ilə qarşılaşacaq.