Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün keçirilən 800 metr məsafəyə sərbəst üsulla üzməkdə Azərbaycanlı üzgüçü Süleyman İsmayılzadəikinci yeri tutub.
Rusiyalı Aleksandr Filipets qızıl, onun həmyerlisi Boqdan Toropkin bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, üzgüçülük yarışlarına oktyabrın 2-də yekun vurulacaq.



