Liverpulda keçirilən dünya çempionatında 90 kq-da mübarizə aparan Azərbaycan boksçusu Alfonso Dominqes 1/4 final görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, o, Emrah Yaşarla (Türkiyə) üz-üzə gəlib və rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Boksçumuz bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.
Alfonso yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə qarşılaşacaq. Görüş sentyabrın 12-də olacaq.
Qeyd edək ki, axşam sessiyasında Səidcəmşid Cəfərov (75 kq) da 1/4 final döyüşünə çıxacaq.



