İngiltərəli keçmiş boksçu Tayson Fyuri rinqlərə qayıtmayacağını bildirib.

Offsideplus.az xəbər verir ki, o, bu ilin yanvarında peşəkar boks karyerasını bitirdiyini açıqlamışdı. Son zamanlar onun yenidən qayıda biləcəyi iddia olunurdu. Lakin ingilis idmançı bunu təkzib edib:

"Heç vaxt boksa qayıtmayacağam. Bu, gənc oğlanların idmanıdır. Bunun üçün çox qocalmışam və saçlarım ağarıb".