Uimbldon tennis turniri davam edir.
Offsideplus.az xəbər verir ki, turnirin 7 qat qalibi olan serbiyalı Novak Cokoviç 3-cü turda həmyerlisi Mionir Keçmanoviçlə qarşılaşıb. Cokoviç çətinlik çəkmədən qələbə qazanıb - 6:3, 6:0, 6:4.
Bu, serbiyalı tennisçinin Uimbldonda 100-cü qələbəsi olub. O, Rocer Federerden sonra bunu bacaran ikinci tennisçi olub. Federerin aktivində 105 qələbə var.
Onu da əlavə edək ki, Cokoviç 4-cü turda avstraliyalı Aleks de Minaurla üz-üzə gələcək.