Uimbldon tennis turnirində dünən 1-ci turun növbəti qarşılaşmaları keçirilib.
Offsideplus.az xəbər verir ki, Daniil Medvedevdən sonra Aleksandr Zverev də mübarizəni erkən dayandırıb. O, fransalı Artur Rinderkneşə 5 setdə məğlub olub - 7:6, 6:7, 6:3, 6:7, 6:4.
Top 10-dan daha iki tennisçi mübarizəni ilk turdaca dayandırıb. Lorentso Muzetti (7) və Holger Rune (8) üçün turnir 1 oyundan ibarət olub. Muzetti gürcü Nikoloz Basilaşviliyə, Rune isə çilili Nikolas Xarriyə uduzub.
Turnirin favoritlərindən olan italiyalı Yannik Sinner həmvətəni Luka Nardini çətinlik çəkmədən məğlubiyyətə uğradıb - 6;4, 6:3, 6:0.
Burada 7 dəfə çempion olan Novak Cokoviç isə ilk turda fransalı Aleksandr Müllerlə üz-üzə gəlib. Serbiyalı rəqibini bir set versə də, digər setləri rahatlıqla aktivinə yazdırmağı bacarıb - 6:1, 6:7, 6:2, 6:2.
Qeyd edək ki, turnir iyulun 13-nə qədər davam edəcək.