"Rolan Qarros"da kişilərin mübarizəsində finalçılar məlum olub.

Offsideplus.az xəbər verir ki, dünya 1 nömrəsi Yannik Sinnerlə burada 3 dəfə çempion olan Novak Cokoviç arasında keçirilən matç gərgin mübarizə şəraitində keçib. Buna baxmayaraq Sinner rəqibini set vermədən məğlub edib - 6:4, 7:5, 7:6 (3).

Sinner "Böyük Dəbilqə"lərdə ardıcıl 20-ci qələbəsini qazanıb.

Onun finaldakı rəqibi Lorentso Muzettini mübarizədən kənarlaşdıran Karlos Alkaras olacaq.

Bu, iki tennisçi arasında ilk "Böyük Dəbilqə" finalı olacaq.

Həlledici qarşılaşma iyunun 8-də baş tutacaq.