Gənc boksçulardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək beynəlxalq turnirə qatılacaq.

Offsideplus.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 10 idmançımız mübarizə aparacaq.

Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov turnirdə Bilalhəbaşi Nəzərov, Nihat Qasımov (hər ikisi 50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (57 kq), Bagir Əmirxanlı, Tamerlan Əlimzanov (hər ikisi 60 kq), Vaqif Hacıyev (65 kq), Rza Rzayev (75 kq), Hüseyn Hüseynli (90 kq) və Məhəmməd Cəfərova (+90 kq) şans verəcək.

Daha bir həmyerlimiz Fərhad Rəhmanov isə ölkəmizi hakim kimi təmsil edəcək.

Sabah start götürəcək yarışa iyunun 8-də yekun vurulacaq.