Azərbaycanın 3 idmançısı Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə AMADA-nın rəsmi saytı məlumat yayıb.
Dopinq-testdə yaxalanan idmançılar - boksçular Məsud Yusifzadə və Ömər Aslanlı, həmçinin güləşçi Məhəmməd Abdullazadədir.
Məsud Yusifzadə nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək maddəsi ilə diskvalifikasiya edilib. O, 36 ay müddətinə idmandan uzaqlaşdırılıb.
Ömər Aslanlının cəzası isə 24 aya bərabərdir. Bu boksçunun nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb.
Ən ağır cəzaya Məhəmməd Abdullazadə məruz qalıb. Gənc güləşçinin nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb. M.Abdullazadə 48 ay yarışlardan kənarlaşdırılıb.
Məsud Yusifzadə
Ömər Aslanlı
Məhəmməd Abdullazadə