Türkiyənin qadınlardan ibarət voleybol milli komandasının üzvü Hande Baladın "Fənərbağça"ya transfer olub.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin müddəti açıqlanmayıb.

"Eczacıbaşı" yetirməsi olan H. Baladın 2013-cü ildən bəri əsas komandada çıxış edirdi. O, 12 ildən sonra oradan ayrılıb.

27 yaşlı voleybolçu 2023-cü ildə Avropa çempionu olan Türkiyə yığmasının əsas üzvlərindən biri idi.