Novak Cokoviç nəhayət 100-cü kubokuna qovuşub.
Offsideplus.az xəbər verir ki, serbiyalı tennisçi İsveçrənin Jeneva şəhərində keçirilən turnirin finalında polşalı Hubert Hurkaçı məğlub edərək bu uğura imza atıb - 5-7, 7-6 (2), 7-6 (2).
Cokoviç ötənilki Olimpiya çempionluğundan bəri ilk titulunu qazanıb. Bu, sayca 100-cü olub.
O, bunu Cimmi Konnors (109) və Rocer Federerdən (103) sonra bacaran ilk tennisçi olub. Eyni zamanda "Open Era"da ardıcıl 20-ci mövsümdə də titul qazanan ilk raket ustası olub.
Serbiyalı buradan Fransaya keçəcək. O, bu gün start götürəcək olan mövsümün ikinci "Böyük Dəbilqə"si Rolan Qarrosda iştirak edəcək.



