Azərbaycan Şahmat Turu çərçivəsində növbəti yarış Şamaxıda keçirilir.

Offsideplus.az xəbər verir ki, artıq 5 tur geridə qalıb. Yekunlara əsasən, maksimum nəticə göstərən Azərbaycan təmsilçisi Xəzər Babazadə liderliyi ələ keçirib.

Ondan sonra gələn yerləri isə Əhməd Əhmədzadə və İslam Hacıəli tutur.

Əlavə edək ki, ən güclü A qrupunda ümumilikdə 107 şahmatçı mübarizə aparır. İsveçrə sistemi üzrə 9 turdan ibarət olan "Shamakhi Open" turniri sabah başa çatacaq.

Yarışın ümumi mükafat fondu 23 300 manat təşkil edir.