Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki, hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

"Abşeron" komandası "Milli Aviasiya Akademiyası"na, UNEC isə "Gəncə"yə 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu raudun ilk qarşılaşmalarında "Azərreyl" "DH Volley"ə, "Murov Az Terminal" isə Turan"a məğlub olub.