"Oyuna yaxşı başlasaq da daha sonra səbət altında adi səhvlərə yol verdik".

Offsideplus.az xəbər verir ki, bu sözləri “Naxçıvan” basketbol klubunun baş məşqçisi Nikola Bozinoski “Quba” (103:96) ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:

"Çox sayda sərbəst atışlardan yararlana bilmədik. Rəqib 51 üçxallıq atış yoxladı. Bunların hamısı isə bizə çətin vəziyyət yaratdı. “Quba” 18 xallıq fərq yaxalasa da komandamız xarakter göstərərək geridönüşə imza atdı. Dondre Reddiki xüsusi vurğulamaq istəyirəm. Son saniyə atışı ilə oyunu uzatmaya daşıdı. Əlavə vaxtda isə Hüseyn Əliyev yaxşı oyun nümayiş etdirdi. Komandama təşəkkür edirəm".