Şahmat üzrə Azərbaycan çempionatında artıq 1/16 final mərhələsinin ikinci partiyaları tamamlanıb və bir neçə zəka sahibi növbəti mərhələyə vəsiqəni təmin edib.
Offsideplus.az xəbər verir ki, bu barədə Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İki oyunun ümumi nəticələrinə görə rəqiblərini üstələyən aşağıdakı şahmatçılar adlarını 1/8 finala yazdırıblar:
Murad İbrahimli (Vüqar Manafov üzərində 1,5:0,5 hesablı qələbə), Əhməd Əhmədzadə (Allahverdi Həmidov üzərində 1,5:0,5 hesablı qələbə), Vüqar Rəsulov (Fərid Orucov üzərində 2:0 hesablı qələbə), Aydın Süleymanlı, Eltac Səfərli və Şiroğlan Talıbov (Hər iki görüşdə qələbə), Məhəmməd Muradlı və Read Səmədov (Bir qələbə və bir heç-heçə ilə)
Bəzi cütlüklərdə qalib əsas vaxtda müəyyənləşmədiyi üçün talelər bu gün keçiriləcək tay-brek oyunlarında həll olunacaq. Həmin qarşılaşmalar bunlardır:
Nicat Abasov – Şəmsi Qaraxanov
Ümid Aslanov – Xaqan Əhməd
Rəhim Qasımov – Məhəmməd Zülfüqarlı
Kamal Ağasiyev – Fərhad Tahirov
Xəzər Babazadə – Rəvan Əliyev
Misrətdin İskəndərov – Paşam Əlizadə
Xatırlatma: Azərbaycan çempionatı fevralın 22-də başa çatacaq. Qadın şahmatçılar isə turnirə birbaşa 1/8 final mərhələsindən start verəcəklər.


