Futzal üzrə Azərbaycan milli komandası bu gün təlim-məşq toplanışı çərçivəsində Danimarka ilə üz-üzə gəlib. 

Offsideplus.az xəbər verir ki, yığmamız Bakı İdman Sarayında keçirilən görüşdə 4:2 hesablı qələbə qazanıb. Millimizin heyətində qolları Fərid Abbasov (8-ci dəqiqə), Emil Həsənzadə (18), Ədalət Ələkbərov (31) və Rövşən Hüseynli (34) vurublar.

Qeyd edək ki, komandalar arasında yanvarın 22-də keçirilən ilk oyunda Danimarka yığması 4:1 hesablı qələbə qazanıb.