Azərbaycan I Liqasında ötən ayının ən yaxşı qolunun müəllifi məlum olub.

Offsideplus.az xəbər verir ki, "Mingəçevir"in futbolçusu Seymur Məmmədov "Ayın qolu" layihəsi çərçivəsində mükafatlandırılıb.

Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Ona mükafatı XII turun "Mingəçevir" - "Şahdağ Qusar" qarşılaşmasından əvvəl təqdim edilib.