Futbol üzrə I Lıqaya vəsiqə uğrunda pley-off matçının hakimləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, həlledici görüş FIFA referisi Elçin Məsiyevin başçılıq etdiyi hakimlər briqadasına tapşırılıb.
Pley-offda I Liqada 9-cu yeri tutmuş "Difai" II Liqanın 4-cüsü "Hypers Guba" ilə görüşəcək.
Oyun sabah saat 16-da başlanacaq.
28 may (çərşənbə)
“Difai” – “Hypers Guba”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“ASCO Arena”, 16:00