"Cəbrayıl" ilə yoldaşlıq oyunumuz baş tutub. Onları müəyyən qədər tanıyırıq. Dişimizə uyğun rəqibdir".
Bu sözləri Offsideplus.az-a açıqlamasında I Liqanın ilk turu çərçivəsində "Cəbrayıl"a rəqib olan "Difai Ağsu"nun baş məşqçisi Elgiz Kərəmli bildirdi.
Bölgə təmsilçisinin çalışdırıcısı çempionata tam hazır olmadıqlarını qeyd etdi:
"Liqaya 70% hazırıq. Çünki, komanda olaraq tam komplektləşməmişik. Amma, hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Komandaya cəlb etmək üçün bir neçə oyunçu ilə də danışıqlar aparırıq".
Mütəxəssis birincilik üçün oynamadıqlarını söylədi:
"Qarşıma çempion olmaq və ya medal uğrunda mübarizə aparmaq kimi bir məqsəd qoyulmayıb. Mövsümü bacardığımız qədər yüksək pillədə başa vurmağa çalışacağıq".