"Zaqatala" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, I Liqa təmsilçisi Nemət Şıxəmirovla müqavilə imzalayıb. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 21 yaşlı futbolçu "Qəbələ", "Sabah", "Sumqayıt"da çıxış edib.