MOİK-in baş məşqçisi Qəzənfər Abbasovla bağlı müəyyən iddialar səslənirdi.

Belə ki, komandanın onunla yollarını ayıracağı qeyd olunurdu. Hətta rəhbərliyin yeni baş məşqçi axtarışına çıxdığı bildirilirdi. İddianın doğruluq payını öyrənmək üçün Qəzənfər Abbasovla əlaqə saxladıq. Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunun doğru olmadığını dedi:

"Hazırda komandanın başındayam və işimə davam edirəm. Rəhbərliklə görüşümüz oldu. Qarşılıqlı şəkildə razılaşdıq. Gələcək planları müzakirə etdik. Onu da qeyd edib ki, komanda iyulun 10-da yeni mövsümün hazırlıqlarına start verəcək".

Xatırladaq ki, "hərbiçilər" ötən mövsümü 49 xalla 3-cü pillədə başa vurmuşdu.