"Cəbrayıl" pley-off matçlarında "Araz Saatlı"nı üstələyərək I Liqaya vəsiqə qazandı.

Qarabağ təmsilçisini indi daha çətin vəzifə gözləyir. Görəsən, Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv oyunlarını harada keçirəcək? Klubun büdcəsi artacaqmı? Bu və digər suallara cavab tapmaq üçün Cavid Hüseynovla əlaqə saxladıq. Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:

" I Liqadakı planlarımız yaxın 5-10 gün ərzində müəyyənləşəcək. Təbii ki, büdcə I Liqa üçün yetərli deyil. Maliyyəni artırmaq lazımdır. Müəyyən insanlara müraciət etmişik, Cəbrayılın icra başçısı Kamal müəllim də bu barədə məlumatlıdır. Onunla görüş olub. Çalışacayıq ki, büdcənin artımında nəsə əldə edək ki, I Liqada uğurdan, inkişafdan danışa bilək. Sözün açığı, I Liqada klublara 300 min manat ayrılır. Bu məbləğin 20% faizi vergiyə gedir. Uşaq futboluna çıxılan pulu nəzərə alsaq, heç komandaya 200 min qalmır. Elə 300 mini ll Liqada bu yerə gəlib çatana kimi xərcləmişik. Ona görə məsələlər qarışıqdı. Ümid edirik ki, bizə dəstək olunacaq. Komandanı formalaşdırmaqda kömək göstəriləcək".