Bu gün AFFA Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, qurum aşağıdakı qərarları qəbul edib:

1. Şikayətçi Fəhmin Muradbəylinin apellyasiya şikayəti təmin edilməsin.

2. I Liqada “İrəvan” klubunda çıxış edən 16.03.1996-cı il təvəllüdlü Muradbəyli Fəhmin Surxay oğlunun danışılmış oyunlarda iştirakına görə AFFA İntizam Məcəlləsinin 107.2-ci maddəsi ilə təqsirli bilinərək ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA-nın İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
 
1. Şikayətçi Rüfət Həsənovun apellyasiya şikayəti təmin edilməsin.
2. “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən 23.10.1995-ci il təvəllüdlü Həsənov Rüfət Elçin oğlunun danışılmış oyunlarda iştirakına görə AFFA İntizam Məcəlləsinin 107.2-ci maddəsi ilə təqsirli bilinərək ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA-nın İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.