"Zaqatala" I Liqanın 2024/25 mövsümünün hazırlıqlarına başlayıb.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi heyətində yenilənmə işləri aparır. Cavad Qurbanlı və Asim Babazadə ilə yeni müqavilə imzalayan zaqatalılar 2 futbolçu ilə yolları ayırıb.

Söhbət Nizami Səmədov və Turqut Mustafazadədən gedir. Klub hər iki oyunçu ilə vidalaşıb və onlara gələcək karyerasında uğurlar arzu edib.