"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo karyerasını bitirdiyini açıqlayan məşhur tennisçi Rafael Nadalla vidalaşıb. 

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Səninlə çox matç oynadım, çox xal və zəfər üçün mübarizə apardım. Səni özləyəcəm, əfsanə. Belə möhtəşəm tarix yazdığın üçün təşəkkürlər"