"Qalatasaray"dan ayrılan Alvaro Morata vida paylaşımı edib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı hücumçu paylaşamında bəzi ittihamlar önə sürüb:

“Qalatasaray” azarkeşlərinin dəstəyi karyeramda yaşadığım ən gözəl şeylərdən biri idi, lakin klubdakı təcrübəm haqqında eyni şeyi deyə bilmərəm. Vədlərin yerinə yetirilmədiyi vaxtlar olub. Öhdəliklər sonuna qədər yerinə gətirilmədi və mənim maaşımdan və digər müavinətlərimdən imtina etməkdən başqa çarəm yox idi. Eyni zamanda yazılan məbləğ də doğru deyil".

Qeyd edək ki, "Qalatasaray" Moratanın gedərkən 651 min 562 avro məbləğində alacağından imtina etdiyini açıqlamışdı.